Məclisi-Üns Ədəbi Birliyi
Amma məndən sarı, sən arxayın ol, şanlı Səhəndim,
Dəli ceyranlı Səhəndim.
Mən daha ərşi-əla kölgəsitək başda tacım var,
Əldə Musa kimi Firona qənim bir ağacım var,
Hәrәcim yox, fərəcim var,
Mən Əli oğluyam, azadələrin mərdi, muradı,
O qaranlıqlara məşəl, o işıqlıqlara hadi,
Həqqə, imana münadi.
Başda sınmaz sipərim, əldə kütəlməz qılıcım var.
Şair: Muhəmməd Hüseyn Şəhriyar
Mövzular