Məclisi-Üns Ədəbi Birliyi
Əgər olmasaydı Zeynəb...
Şair: Mirağa Dadaş
Məclisi-Üns Ədəbi Birliyi təqdim edir
Kərbəla çıxardı yaddan, əgər olmasaydı Zeynəb
Heç nə qalmazdı o addan, əgər olmasaydı Zeynəb
Nə Muhərrəmi bilərdik, nə bir ərbəin görərdik
Aşura günü gülərdik, əgər olmasaydı Zeynəb
Ümmət İslamı atardı, haqqı batilə qatardı
Xabi-qəflətdə yatardı, əgər olmasaydı Zeynəb
Əhli - həqqi bilməz idik, əhli - həqqi görməz idik,
Haqq yolunda ölməz idik, əgər olmasaydı Zeynəb
Zülm ilə vuruşmaz idik, heç ayağa qalxmaz idik,
Kaxi-zülmi yıxmaz idik, əgər olmasaydı Zeynəb
Nə Əbəlfəzi tanırdıq, nə Ələsğərə yanırdıq,
Hamısın yalan sanırdıq, əgər olmasaydı Zeynəb
Seyyid həqqi bilməz idi, həqq üçün dikilməz idi,
Ona təb də gəlməz idi, əgər olmasaydı Zeynəb.
Mövzular