Skip to main content

NƏ OLAR, MƏHDİ BİR ELİMƏ GƏLƏ!

Məclisi-Üns Ədəbi Birliyi
Şəkil

Təpələrdən zirvəyə təpə təpə
Tələdən tələlərə dələ dələ
Ömrümü bu yollarda səpə səpə
Bəlkə vüsal bir gün əlimə gələ

Xarlar tənəsindən təklənib əsim,
Xaram xarlar içrə, titrəyər səsim
Aşina axtarar isti nəfəsim,
Qapı döyülə, dost evimə gələ?!

Özümdən də oğrun yaşayıram mən 
Qəmimi səssizcə daşıyıram mən
Qara kölgə təkin dolaşıram mən
Ağ qəbir elçisi telimə gələ!

Ağ atlı nağılı həqiqət deyil?
Şahlara mədh demək təriqət deyil 
Pişiyə ağlamaq ki, riqqət deyil 
Pişiyə rəhmətiz elimə gələ!

Evimi yandıran ahdır, köz deyil 
Qan ağlayan ürəyimdir, göz deyil,
Eşitdiyin iniltimdir, söz deyil,
Bir qətrə yaşın da selimə gələ, 
Nə olar, Məhdi bir elimə gələ!

Müəllif: Oruc Cavad

Mövzular
back to top