Skip to main content

DOLMA MƏNİMDİR!

Məclisi-Üns Ədəbi Birliyi
Şəkil

Dolma mənimdir!

Mühüm deyil, qardaş, bu neft kimindir
Solmuş tənək, ətzis dolma mənimdir.
Sibriz, Bakı Eminin dədə mülkü,
Quba cuhudundur, alma mənimdir

Nə alma, içində qurdu mənimdir 
Ocağı sönmüş boş yurdu mənimdir 
Çeynənib qusulmuş tortu mənimdir 
Mərdiməzar, xain olma, mənimdir!

Əyrisi mənimdir, düzü onundur,
Sıfırı mənimdir, yüzü onundur,
Cifti mənimdir, quzu onundur 
Peynini əlimdən alma, mənimdir!

Uca villaya mat gözlər mənimdir 
Mat qalıb mədh deyən sözlər mənimdir 
Mədh edib qızaran üzlər mənimdir 
Ən əsas odur ki, dolma mənimdir!

Ədalət görünür hər yerdə şükür,
Cındırımdan cin qorxur, şeytan hürkür 
Bənövşə tək balam boynunu bükür 
Təravət onundur, solma mənimdir 
Qurbanın olum, sus, dolma mənimdir!

Müəllif: Oruc Cavad

back to top