Skip to main content

MƏNƏ NAĞIL DANIŞ NƏNƏ

Məclisi-Üns Ədəbi Birliyi

Can nənə, bir nağıl söylə 
Nə nağılı deyim sənə?
Oğrudan, ya şahzadədən
Canım qurban, bir desənə?!

Yox, dağıdılmış evlərdən 
Yandırılmış körpələrdən,
Ölüm qonmuş körpülərdən 
Danış mənə, danış mənə!

Başı kəsik gəlincikdən, 
Torpaqda qanlı əmzikdən,
Kəsik barmaqda üzükdən 
Danış, nənə, danış mənə!

Susuz yanan dodaqlarnan,
Can tapşıran bal baladan,
Fələstindəki bəladan.
Ağlar səslə danış, nənə!

Nəsrullahdan və Sinvardan,
Qüdsə gedən  zəvvarlardan,
Səf çəkmiş ət divarlardan, 
Həzin-həzin danış mənə!

Bikəs qalmış bir kəslərlə, 
Susdurulmuş o səslərlə,
Kəsilmiş pak nəfəslərlə,
Nəfəs-nəfəs alış, nənə!
Mənə nağıl danış, nənə!

Müəllif: Şeyx Orxan Məmmədov

Mövzular
back to top