Skip to main content

Siçanlar və adamlar

Azərbaycan Araşdırma Mərkəzi
Şəkil

"Siçanlar və Adamlar" əsərindəki yaşlı Kandi, uzun illər yanında olmuş qoca itini öldürmək məcburiyyətindədir, amma bunu özü etməyə cəsarət göstərmir. Başqası onun yerinə silahı çəkir. İş bitdikdən sonra Kandi peşmanlıqla deyir: "Kaş bunu mən özüm edəydim."
Burada böyük bir dərs var. Bir halda ki, bir iş, bir məsuliyyət sənin boynundadır, onu başqasına ötürmək əskiklikdir.
Müsəlman təəssübkeşliyimiz də belə olmalıdır. Əgər bir qardaşımız günah işləyibsə və cəzalanmalıdırsa, bu işi biz, onun müsəlman qardaşları etməliyik. Çünki başqasına buraxsaq, o, bunu zülmlə edəcək. Biz isə onun haqqını qorumaqla borcluyuq.
Bu zaman sual yaranır. Əgər hətta cəzanı belə biz verməliyiksə, necə olur ki, zülm altında olan müsəlmanların müdafiəsini başqasına həvalə edirik? Necə onların canını, şərəfini bizdən olmayan əllərə buraxırıq?
Bizim üzərimizdə Allahın bizə əmanət etdiyi ümmət məsuliyyəti var. Onu başqasına ötürmək dünyada və axirətdə peşmançılığın ən ağırı olar...

Müəllif: Con Steynbek
 

Sənədlər
back to top