Skip to main content

REJİMİN İFFƏTLİ AZƏRBAYCAN XANIMLARINA QARŞI ETDİYİ ZORAKILIQLA BAĞLI BƏYANAT

Hüseyniyyun Azərbaycan İslam Müqavimət Təşkilatı
Şəkil

بسم الله الرحمن الرحیم

• Qafqazda Qərbin yeni müstəmləkə siyasəti çərçivəsində açmaq istədiyi “Tramp dəhlizi” layihəsi bu gün gündəmdədir. Özünü qəbilə başçısı və Azərbaycanı isə neomüstəmləkə layihə həddinə endirmiş rejim Qərb sahiblərinə sədaqətini sübut etmək üçün Əhli-Beyt (ə) məktəbi, Azərbaycan xalqının mənəvi dəyərləri ilə açıq mübarizəyə qalxıb. Azərbaycanı ailə-qəbilə sistemi ilə idarə edən rejim indi də iffətli Azərbaycan xanımlarının həbsinə qərar verib. Onlar bu iffətli Azərbaycan xanımlarının “Huseyniyyun” təşkilatı ilə bağlı olduqlarını iddia etmişlər. Əlbəttə, bu ailə-qəbilə sisteminin artıqları ilə dolanan İran daxilindəki azsaylı, amma haray-həşirli, “aydan arı, sudan duru” tərəfdaşları da bu xanımlar və təşkilat haqqında iftiralarda onlarla ağız-ağıza veriblər. Qeyd edək ki, bu iffətli Azərbaycan xanımları özlərinin də elan etdikləri kimi heç bir təşkilata bağlı deyillər, onlar Azərbaycan xalqının dəyərlərinə, Allaha, Qurana, Allah Peyğəmbəri (ə) və onun Əhli-Beytinə bağlıdırlar. Onlar ölkədə yeridilməyə çalışan cuhudokratiya rejiminin qəfəslərini qıran azad Azərbaycan xalqının ruhu, nəfəsi və fəryadlarıdır. Onlar ailə-qəbilə rejiminin “Tramp layihə”sinə olan kölə sədaqətinin isbatı yolunda ilk qurbanlarıdır, amma son qurbanları deyillər. Azərbaycan xalqına qarşı bu zorakılıq “Azərbaycan xalqına qarşı 2030” çərçivəsində israil rejimi və Qərb sahibkarlarının ailə-qəbilə sisteminə verilən tapşırığın bir hissəsidir. Kütləvi uşaq ölümləri, Azərbaycan xalqının ölkəni “könüllü” tərk etmələri, selektiv abortlar, təhsil və tibb sahəsində faciələr, transmilli kompaniyaların ölkəni mədəni, iqtisadi və s., işğalı, təkfirçi qruplaşmaların ölkəyə kütləvi idxalı bu planın tərkib hissəsidir. 

• Amma agah olun, ailə-qəbilə sistemi Azərbaycan xalqını aradan aparmağa qadir deyil, Azərbaycan xalqı bu təzyiqlərə qarşı dayanacaq, iffətli xanımların və azadlıq ruhunun qətiyyətli mübarizəsi xalqın mənəvi və milli dirçəlişinin simvolu olacaqdır. Bu qətiyyət, ölkənin mənəvi bütövlüyünü qorumaq və ölkəni “Yeni müstəmləkə sistemi”ndən azad etmək üçün davamlı mübarizənin bir hissəsidir. 

• İffətli Azərbaycan xanımına əl uzatmaq isə mövcud oyun qaydalarını pozmaq deməkdir!

[18.08.2025]

Mövzular
back to top