1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş 18 məscid və 53 dini icmanın fəaliyyəti var idi. Sovet dağılandan sonra müxtəlif ölkələrin dini cərəyanları Azərbaycana axışdı və xalqımızı "ateist, əyyaş, dinsiz kütlə" kimi tərənnüm edərək təbliğat adı ilə öz ölkələrindən külli miqdarda pullar mənimsədilər. Amma onların bu "tərənnümü" tarixi faktlarla üst-üstə düşmür. Millətimiz Sovet zamanında nəinki İslamını qoruyur, hətta Məhərrəm ayında müqavimət göstərərək əzadarlıq da edirdi. Xalqımız tarixin heç bir dönəmində, xüsusən 70 illik çətin kommunizm zamanında dindən çıxmamış, dinsiz bir kütləyə çevrilməmişdi. Məxsusən Sovet məkanındakı 15 ölkə içində Azərbaycan xalqı öz dini inancına ən gözəl şəkildə sahib çıxan xalq kimi ilk sırada idi.
Foto 1985-ci ildə Təzəpir məscidində çəkilib