Skip to main content

"AZƏRBAYCANA ŞİƏLİYİ SƏFƏVİLƏR GƏTİRİB" İDDİASINA CAVAB

Azərbaycan Araşdırma Mərkəzi
  • "AZƏRBAYCANA ŞİƏLİYİ SƏFƏVİLƏR GƏTİRİB" İDDİASINA CAVAB Dinlə Yüklə

Bölgəyə şiəliyi Səfəvilər gətirib?

Bu suala elə Səfəvilərin öz zamanından cavablar verilib.

XVI əsrdə yaşamış azərbaycanlı alim Müqəddəs Ərdəbilinin "Hədiqətüş-şiə" kitabından:

"...Bəzi avam adamların əqidəsi budur ki, şiə məzhəbi yeni yaranıb, onun başlanğıcı Şah İsmayılın zamanındandır. Amma bilmirlər ki, Allah Rəsulundan sonra Möminlərin Əmirini fasiləsiz İmam və canişin sayan hər kəs şiədir... (Guya) bunu eşitməyiblər ki, Misiri və onun ətrafını, dünyanın Məğrib hissəsini  tam üç yüz il ərzində İsmailiyyə hökmdarları idarə ediblər və həmişə şiə əqidəsində olublar. İraqeynin  hakimiyyəti uzun müddət boyunca Deyləm (Büveyhi, Ali-Buyə) hökmdarlarında  olub; onlar da həmişə şiə və İmamiyyə məzhəbində olublar. Onların hakimiyyəti dövründə Seyid Mürtəza Ələmül-Hüda dünyasını dəyişəndə Bağdadda o qədər şiə var idi ki, dəfn mərasimində yetmiş min nəfər iştirak etmişdi. Uzun müddət hakimiyyət Əmr ibn Leysin sülaləsinin (Səffarilərin) əlində oldu, o və sərkərdələri hamısı şiə idi..."
 

back to top