Skip to main content

XURŞİDBANU NATƏVAN HZ.FATİMƏNİN (S) KƏNİZİ

Azərbaycan Araşdırma Mərkəzi
  • XURŞİDBANU NATAVAN HZ.FATİMƏNİN (S) KƏNİZİ Dinlə Yüklə

Mən xan qızı, xeyriyyəçi Xurşidbanu Natəvanam:

Azərbaycan ədəbiyyatının nadir incilərindənəm. Xan qızı olsam da, özümü bir ömür Peyğəmbər qızı Həzrəti Fatiməyə kəniz, qulluqçu bilmişəm.

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam, 
Bir-birə dəydi mərdü-zən, şurə gəlibdü xasuam.
Növhə edər bu Natəvan, ruzü-şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsin.
Söylə Hüseynə ey səba Kərbübəlaya gəlməsin.
Gəlsə düşər bu dəştidə dərdi bəlaya gəlməsin.

Mərhum Seyyid Əzim Şirvani Natəvanın bu şeirinə nəzirə yazaraq belə cavab verir:

Söylə Hüseynə ey ərəb, Kərbü-bəlayə getdilər.
Fatiməni əcəb salıb dərdü-bəlayə getdilər.

Bir də Hüseynə söylə ki, ey Şahi-insü-can baba,
Siz gələsiz Mədinəyə eyləyərəm güman baba,
Əkbəri yollaram dedin, gəlmədi əl-əman baba,
Tərk eləyib Mədinəni dəştü-bəlayə getdilər.

back to top