Mən Abbasqulu Ağa Bakıxanovam:
Xan nəslindənəm və Böyük Rusiya İmperiyasının generalıyam. Azərbaycanın ilk dəfə tarixini yazan da mənəm. Amma mənim həyatdakı yeganə fəxrim Əhli-Beytə olan bağlılığımdır. Bir ömür əza məclislərində İmam Hüseyni yad edib ağlamışam;
Hər dəm gəlir fəğanə dili-zarım, ağlaram,
Soldu xəzani zülm ilə gülzarım, ağlaram.
Hər məclisi-əzadə məni zari-binəva,
Ta var dilimdə qüvvəti-göftarım, ağlaram.
Mənim şeiriyyatda təxəllüsüm Qüdsidir. İmam Hüseyn matəmində yazdığım növhə və mərsiyyələrin əzadarı Ruhul-Əmin Cəbraildir;
Dutacaq məhvili-Qüdsidə əza Ruhil-Əmin,
Olacaq həşrə kimi nohəsəra ruyi-zəmin,
Saldılar ərşi səfadən yerə çün firqeyi-kin,
Zülm ilən şəmsi-müniri qəmərü əxtərimi.
Kərbəla saxlagilən nəşi Əli Əkbərimi...
Verirəm çünki əmanət sənə gül peykərimi...