Hacıların, dindarların Azərbaycan xalqına xidməti:
Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən şəxs, xeyriyəçi Hacı Hacıağa olmuşdur.
Bakı milyonçusu Hacı Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, orada nə üçün oturduğunu soruşur. Qoca, evsiz olduğunu deyir. Bundan təsirlənən Hacı, Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi. Çünki Hacı öz adının çıxmasını istəmirdi. Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.