Skip to main content

İRAN İSLAM RESPUBLİKASININ 12 GÜNLÜK MÜHARİBƏDƏ QƏLƏBƏSİ İLƏ BAĞLI TƏBRİK BƏYANATI

Hüseyniyyun Azərbaycan İslam Müqavimət Təşkilatı
Şəkil

بسم الله الرحمن الرحیم

● Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbləriniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir. (Ənfal-10)

● Bu gün İran İslam Respublikası İsrail rejimi və ABŞ simasında imperialist cəbhəsi ilə, 12 gün boyunca davam edən haqlı mübarizəsində yalnız bir rejimi deyil, zülmün ideologiyasını, hegemoniyanın təkəbbürünü və imperializmin mifini darmadağın etdi. Bu zəfər yalnız raketlərin, texnikanın və taktikanın deyil, imanın, iradənin və şücaətin zəfəridir.
Bu zəfər yalnız İran xalqının deyil, qəzzalı anaların göz yaşlarının, zindanda olan azad kişilərin və dünya məzlumlarının dualarının nəticəsidir.

● Biz bu tarixi və ilahi qələbə münasibətilə İmam Məhdi (ə) həzrətlərinə, pak qəlblərin sevimlisi İmam Xameneiyə, İran xalqına, müqavimət oxunun bütün qəhrəmanlarına, bütün azad vicdan sahiblərinə və haqq aşiqi olan insanlara ürəkdən təbrik deyirik.

● Bu qələbə, zamanın sərhədlərini aşaraq Qüdsə doğru irəliləyən müqəddəs bir addım, vəd olunmuş sabahın müjdəsidir.
Bu qələbə, zülmün əbədi olmadığını, yalanın hakim ola bilməyəcəyini bir daha sübut etdi.

[26.06.2025]

Mövzular
back to top